Loading...
Loading...
Loading...
Loading...
İnsan Hüquqları Müdafiəçiləri üçün Vahid Təhlükəsizlik Protokolu
İnsan Hüquqları Müdafiəçiləri üçün Vahid Təhlükəsizlik Protokolu (Müdafiəçinin Protokolu) fiziki təhlükəsizliyimizi, rəqəmsal təhlükəsizliyimizi, rifahımızı və möhkəmliyimizi inkişaf etdirməyə kömək edir. Protokola riayət etməklə fərdi və kollektiv təhlükəsizliyimizi gücləndirir və bizə və icmalarımıza qarşı hücum, təqib və senzura yükünü azalda bilərik.
Müdafiəçinin Protokolu Open Briefing tərəfindən yaradılıb və Demokratiya üzrə Milli Fondun, Ford Fondunun və Oak Fondunun dəstəyi sayəsində mümkün olmuşdur.
Müdafiəçinin Protokolu Open Briefing-in bütün dünyada risk altında olan müdafiəçiləri ilə iş təcrübəsinə əsaslanır; lakin universal təlimatda əks olunmayan mühüm yerli fərqlər olacaq və siz Protokolu öz vəziyyətinizə, işinizə və profilinizə uyğunlaşdırmalısınız.
Qarşılaşdığınız riskləri daha yaxşı başa düşməyə və idarə etməyə çalışın:
Müttəfiqlərinizin və düşmənlərinizin kim olduğu barədə düşünün. Müttəfiqlərinizin müdafiənizdə istifadə edə biləcəyi resursları və şəbəkələri anlayın. Düşmənlərinizin imkanlarını və niyyətlərini anlayın ki, onların yarada biləcəyi təhlükəni daha yaxşı qiymətləndirə biləsiniz.
İşinizin, kimliyinizin, taktikalarınızın və digər amillərin, o cümlədən xüsusiyyətlərinizin zəifliyinizi və ya təhlükələrə məruz qalmağınızı necə artırdığı və ya azaltdığı barədə düşünün.
Sizin üçün risk səviyyəsini başa düşmək üçün hücumun və ya digər hadisənin baş vermə ehtimalını və baş verdiyi təqdirdə təsirini qiymətləndirin.
Risklərinizin hər birinin ehtimalını və/və ya təsirini azaltmaq üçün konkret addımlar atın.
Ətrafınızda baş verənlərdən xəbərdar olun və ətrafınızdakı insanlar və obyektlərlə bağlı hər hansı dəyişikliyə qarşı diqqətli olun.
Etibarlı və bacarıqlı dostunuzdan, iş yoldaşınızdan və ya ailə üzvünüzdən təhlükəsizliklə bağlı əlaqə şəxsi olmasını istəyin. Riskin artdığı zamanlarda onlara hara getdiyinizi, nə etdiyinizi və nə vaxt qayıdacağını əvvəlcədən bildirin. Gün ərzində əvvəlcədən razılaşdırılmış müntəzəm vaxtlarda təhlükəsizliklə bağlı əlaqə şəxsinizlə əlaqə saxlayın. Əgər sizdən xəbər gəlməsə, nə edəcəkləri və kiminlə əlaqə saxlayacaqları barədə ortaq qərara gəlin.
Yüksək riskli vaxtlarda və ya yerlərdə dostlar, ailə üzvləri və ya iş yoldaşları ilə səyahət edin və ya beynəlxalq qoruyucu müşayiət tələb edin.
Ailənizi və iş yoldaşlarınızı baş verə biləcək ən pis ehtimalın öhdəsindən daha yaxşı gəlməyə hazırlayın:
Vəsiyyətnamə hazırlayın və ailənizin mühüm maliyyə və hüquqi sənədlərinizin harada saxlandığını bildiyinə əmin olun.
İş yoldaşlarınızla davamlılıq planı hazırlayın ki, onlar sizin yoxluğunuzda işləməyə davam edə bilsinlər.
Ailənizə və iş yoldaşlarınıza köçmək, sığınacaq və ya daldalanacaq yer axtarmaq, yaxud da hər hansı digər təzyiq tədbirlərindən qorunmaq üçün planlar hazırlamaqda kömək edin.
Mümkünsə, insan hüquqları müdafiəçiləri üçün nəzərdə tutulmuş hərtərəfli təhlükəsizlik təlimini tamamlayın. Həmçinin təkmil ilk yardım təlimini tamamlamaq və eviniz, avtomobiliniz və ofisiniz üçün fərdi travma dəstləri almaq barədə düşünün.
Sizə və ailənizə qarşı qəbul etməyə hazır olduğunuz risk səviyyəsini anlayın. Vəziyyət sizin üçün məqbul olandan daha da riskli olsa, kömək istəməkdən və ya işinizə fasilə verməkdən çəkinməyin.
Əlinizdə olan müxtəlif məlumat növlərini nəzərdən keçirin və həm onların işiniz üçün dəyərini, həm də hücumçunun onlara giriş imkanı əldə etməsi nəticəsində sizə və başqalarına dəyəcək zərərlərini daha yaxşı anlamağa çalışın. Çox böyük dəyər və ya potensial zərərləri ifadə edən bu informasiya aktivlərini qorumaq üçün əlavə tədbirlər görün.
Paylaşılmalıdırsa, həssas məlumatları iş yoldaşlarına üzbəüz, yaxud da ucdan-uca şifrələməyə icazə verən əlaqə vasitələrindən və yox olan mesajlardan istifadə edərək çatdırın.
Əmin olun ki, istifadə etdiyiniz hər hansı kompüter və ya mobil cihaz:
İcazəsiz şəxslər tərəfindən fiziki olaraq əldə edilə bilməz.
Kilidi açmaq üçün parol və ya şifrə tələb edir.
Əməliyyat sisteminin ən son mövcud versiyalarını və bütün quraşdırılmış tətbiqləri/proqram təminatlarını işlədir.
Ölkənizdə qanuni hesab olunursa, aktivləşdirilmiş tam disk şifrələməsinə malikdir.
Quraşdırılmış, yenilənmiş və düzgün qaydada konfiqurasiya edilmiş antivirus proqram təminatı və qoruyucu divara malikdir.
Köklənməyib və ya sındırılmayıb və onda heç bir pirat proqram təminatı quraşdırılmayıb.
Sadəcə yuxu və ya mürgüləmə rejiminə qoyulmaq yerinə, mümkün qədər tez-tez söndürülür.
İstifadə etdiyiniz hər hansı onlayn xidmətin:
Giriş üçün mürəkkəb, unikal parol tələb edir.
Əgər varsa, ikiamilli əsillik yoxlamasının (2FA/2SV) aktiv edildiyinə əmin olun.
İnternetə ictimai və ya etibarsız şəbəkə vasitəsilə daxil olursunuzsa, məxfiliyə yönəlmiş VPN-dən istifadə edin.
Həssas məlumatları artıq ona ehtiyac qalmayan kimi bütün formalarında və variasiyalarında təhlükəsiz şəkildə silin və bərpa oluna bilməyəcəyinə əmin olun.
Mümkünsə, müntəzəm gecə rejimi və xoş yuxu mühiti yaratmaq da daxil olmaqla yaxşı yuxu gigiyenasına riayət edin.
Müntəzəm yemək yeyin və sağlam qidalanmaya riayət edin.
Müntəzəm olaraq gəzin, məşq edin və ya idmanla məşğul olun.
Fiziki xəstəlikləri və ya zədələri müalicə edin və sağalmaq üçün özünüzə vaxt verin.
Hər gün öz üzərində düşünmə və düşüncələrə dalma təcrübələri ilə məşğul olun.
Stres və ya travma ilə mübarizə yolu kimi narkotik vasitələrdən və ya alkoqoldan istifadə etməyin.
Sizə dəstək ola biləcək dostlarınız, ailəniz, iş yoldaşlarınız və icma üzvləri ilə münasibətləri qoruyun.
Sağlamlığınızdakı və rifahınızdakı dəyişikliklərə hansı stresli halların səbəb ola biləcəyini anlayın və özünüzdə stresin əlamətlərini və simptomlarını tanımağı öyrənin.
İmtina: Qanunla icazə verilən maksimum dərəcədə Open Briefing bu vəsaitdən hər hansı istifadə və ya sui-istifadə nəticəsində yaranan hər hansı itki, zədə və ya narahatlığa görə məsuliyyət daşımır.
Copyright © Open Briefing Ltd, 2020-22. Some rights reserved. Licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International Licence.
Təlimat qeydləri
Reallıq budur ki, bütün məlumatlarınızı oğurlana biləcəyi hər potensial yoldan qorumaq mümkün olmayacaq və buna görə də siz prioritetlər müəyyən etməlisiniz. Risk əsasında sistemli şəkildə davam etməlisiniz. Həm məlumatların işiniz üçün dəyərini, həm də oğurlanması və ya itməsi nəticəsində sizə və başqalarına dəyəcək potensial zərərləri nəzərə almalısınız. Həmçinin dəyərin reallaşma və ya müəyyən zərərin baş vermə ehtmalının nə qədər olduğunu da nəzərə ala bilərsiniz. Bu, diqqətinizi haraya cəmləməli olduğunuzu prioritetləşdirmək üçün səmərəli əsas verir. Ümumiyyətlə, həm dəyəri, həm də verə biləcəyi zərər az olan məlumatları arxivləşdirə, dəyəri aşağı, lakin verə biləcəyi zərər böyük olan məlumatları silə və dəyəri yüksək, verə biləcəyi zərər zərər az olan məlumatların isə ehtiyat nüsxəsini çıxara bilərsiniz. Sonra ilk növbədə həm dəyəri, həm də verə biləcəyi zərər çox olan məlumatlar üçün təhlükəsizlik tədbirlərinin tətbiqinə diqqət yetirə bilərsiniz.
Siz məlumatı başqaları ilə paylaşdığınız zaman bu, düşmənlərinizin ya göndərilmə anında, ya ötürmə prosesinin özündə, ya da alıcıya çatdıqdan sonra ona giriş imkanı əldə etməsinə daha çox fürsət yaradır. Ötürmə zamanı müvəffəqiyyətli ələ keçirmə imkanını həssas məlumatları üzbəüz çatdırmaqla – ətrafınıza diqqət yetirməklə – və ya bu mümkün deyilsə, Signal və ProtonMail kimi ucdan-ucaz şifrələmədən (E2EE) istifadə edən alətlər vasitəsilə azalda bilərsiniz.
Mesaj və ya e-poçt göndərmək üçün ucdan-uca şifrələmədən istifadə etdiyiniz zaman onlar imzalanır (şəxsi açarınızdan istifadə edilərək) və sizin və ya alıcının provayderləri vasitəsilə ötürülməzdən əvvəl sizin cihazınızda və imzanın yoxlandığı (ümumi açarınızdan istifadə edilərək) və şifrənin açılaraq mesajın, yaxud da e-poçtun oxuna bilən mətnə çevrildiyi (şəxsi açardan istifadə edilərək) kodlaşdırılmış formaya (alıcının ümumi açarından istifadə edərək) çevrilir. Nə provayderlər, nə də ötürmə zamanı mətni ələ keçirməyə cəhd edən heç kəs qeyri-praktik səy göstərmədən mesajı oxuya bilməyəcək.
Ucdan-uca şifrləmə ilə bağlı risklər hələ də var. Sistem mesajı və ya e-poçtu siz və alıcı arasında düzgün yönləndirməli olduğuna görə hər ikinizin kimliyi və aranızdakı əlaqə gizli olmayacaq. E-poçtun mövzu sətri də şifrələnməyəcək. Həmçinin mesaj və ya e-poçt ötürmə zamanı təhlükəsiz olsa da, oğurlandığı və ya ələ keçirildiyi halda hələ də sizin, yaxud da alıcının cihazında təhlükəyə açıq hesab olunur (yox olan mesajlar bu riski azalda bilər, lakin nüsxələr hələ də mövcud ola bilər). Bundan əlavə, ucdan-uca şifrələmədən istifadə özlüyündə, xüsusən də ölkənizdə bu cür texnologiyadan istifadəyə dair qadağa olduğu halda səlahiyyətli orqanlarda şübhələr yarada bilər.
Unutmayın, əvvəllər görüşmədiyiniz şəxslə üzbəüz əlaqədə olduğu kimi əlaqənin o biri tərəfindəki şəxsin düşmən deyil, çox güman ki, sizin düşündüyünüz şəxs olduğunu yoxlamaq çox vacibdir. Müxtəlif alətlər bunu etməyin fərqli yollarını təqdim edir; Məsələn, Signal iki əlaqə nöqtəsi arasındakı bağlantını heç kəsin icazəsiz izləmədiyinə əmin olmaq üçün üzbəüz formada, yaxud da müxtəlif rabitə kanalları vasitəsilə bir-birinizlə unikal təhlükəsizlik nömrələrini təsdiq etməyinizə imkan verir.
Düşmənin məlumatlarınıza giriş imkanı əldə edə biləcəyi ən asan yollardan biri cihazlarınıza fiziki giriş imkanı əldə etməkdir. Daha sonra onlar, məsələn, diskinizin dəqiq surətini yarada və ya açar qeydiyyatçısı kimi fiziki nəzarət cihazını quraşdıra bilərlər.
Bu cür girişin qarşısını almağa gəldikdə, heç bir sərt və sürətli qaydalar yoxdur. Məsələn, bütün cihazlarınızı etiraz aksiyasına gətirmək səmərəsiz ola bilər və onların polis tərəfindən ələ keçirilmə riskini artırır. Onları evdə qoymaq isə düşmənə sizin xəbəriniz olmadan onlara daxil olmaq imkanı verir. Şəraitinizi və düşmənlərinizin mümkün niyyətlərini və imkanlarını nəzərə almalı və hər bir vəziyyətdə bacardığınız ən yaxşı mühakiməni yürütməlisiniz.
Düşmənin məqbul müddət ərzində təxmin etməsinin qarşısını almaq üçün kifayət qədər mürəkkəb parollar və ya şifrələr ilə cihazlarınızdakı hesabları qorumaq vacibdir. Siz, həmçinin avtomatik silmə funksiyasını tətbiq etməyi düşünə bilərsiniz - bu zaman parol və ya şifrə müəyyən sayda cəhd nəticəsində səhv daxil edilsə, cihaz bütün məlumatları üzrə şifrələmə açarlarını siləcək. Lakin təsadüfən buna səbəb olmaq və məlumatlarınızı itirmək riskini nəzərə alın.
Müasir cihazlar cihazın kilidini açmaq üçün barmaq izi və ya üz tanıma kimi bəzi biometrik daxiletmələrə icazə verir. Bu faydalı ola bilsə də parolunuzu və ya şifrənizi təhvil verməli olmadan asanlıqla cihazınızın kilidini açmağa məcbur edilə biləcəyinizi nəzərə alın. Cihaz istehsalçıları bu narahatlığı qiymətləndirdilər və ehtiyacınız olduğu zaman biometrik girişi cəld deaktiv etməyin bəzi sadə yollarını həyata keçirdilər.
Unutmamalısınız ki, parol və ya şifrənin aktivləşdirilməsi yalnız düşmənin istifadəçi hesabınıza daxil olmasının qarşısını ala bilər – bu, faktiki məlumatları qorumaya bilər. Hücumçu hələ də orta yaddaşın bir nüsxəsini götürə və parola qətiyyən ehtiyac duymaya bilər. Bunu həll etmək üçün tam disk şifrələməsinin aktiv olduğuna əmin olmalısınız. Bu, tam disk şifrələməsini standart olaraq icra edə bilməyən noutbuklar və masaüstü kompüterlər üçün vacibdir.
Cihazda işləyən proqram təminatının demək olar ki, hər biri hücum üçün potensial imkan yaradır. Müvafiq olaraq, cihazınızda quraşdırılmış proqram təminatını yalnız sizə lazım olanla məhdudlaşdırmalısınız. Həmçinin tez-tez – və avtomatik olaraq – əməliyyat sisteminiz və hər hansı quraşdırılmış proqram təminatı üçün yeniləmələr olub-olmadığını yoxlamalı və onları mümkün qədər tez tətbiq etməlisiniz, çünki onlarda mühüm təhlükəsizlik yamaqları ola bilər.
Nəzərə alın ki, hücumçular cihazınıza zərərli proqram yükləyəcək yeniləmələri (qeyri-rəsmi kanal vasitəsilə) quraşdırmaq üçün saxta xəbərdqarlıqlarla bu məsləhətdən yararlanmağa çalışa bilərlər. İstənilən xəbərdarlığı əməliyyat sisteminiz üçün yeniləməni adi qaydada icra etməli olduğunuzun göstəricisi kimi qəbul etməli və faktiki olaraq heç bir yeniləmə mövcud olmadığı təqdirdə hekləmə cəhdinin hədəfi olmuş ola bilərsiniz.
Tam disk şifrələməsi (FDE) əməliyyat sistemi və məlumatlarınız da daxil olmaqla demək olar ki, cihazın bütöv sərt disk yaddaşını (və ya USB fləş disklər kimi xarici yaddaş mediası) şifrələyir. Bu o deməkdir ki, cihazını itsə, oğurlansa və ya ələ keçirilsə, düşmən sırf yaddaşın nüsxəsini çıxarmaqla məlumatlarınıza giriş imkanı əldə edə bilməyəcək. Tam disk şifrələməsini aktivləşdirərkən güclü, unikal paroldan (cihazınıza giriş etmək üçün istifadə etdiyiniz parol olmasın) istifadə etməyiniz vacibdir. Lakin yadda saxlayın ki, bu parolu unutsanız, məlumatlarınıza giriş imkanını itirə bilərsiniz. Həmçinin nəzərə alın ki, güclü FDE parolu FDE açarını da kilidən çıxara bilsə belə, zəif istifadəçi hesabının giriş parolu ilə zəiflədiləcək. İstifadəçi hesabı parolu ilə FDE şifraçma açarları arasındakı dəqiqə əlaqə cihazınızdan və əməliyyat sistemindən asılıdır.
Virus kompüterin işləmə mexanizmini dəyişən zərərli kod və ya proqram növüdür. Antivirus proqram təminatı, adətən, məlum virusları və digər zərərli proqramları göstərən nümunələri skan edir. Bunun effektiv şəkildə işləməsi üçün antivirus axtarmaq üçün ehtiyacı olan nümunələrlə yenilənməli və sözügedən zərərli proqram yaddaş cihazına yazılmalıdır. İmzaya əsaslanan bu yanaşmanı proqramları yeni, naməlum virusu göstərə biləcək şübhəli davranışa görə yoxlayan evristik yoxlamalarla tamamlamaq üçün təkmilləşdirmələr edilsə də, bu, kifayət qədər güclü deyil.
Qoruyucu divar bağlantıları və cihazınıza daxil olan və digər cihazlara gedən məlumat axınını idarə etmək üçün istifadə olunur. Qoruyucu divar daxil olan zərərli bağlantı cəhdini aşkar edə və onu bloklaya bilər. Lakin çıxan bağlantı cəhdlərini avtomatik blokalamq o qədər də arzuolunan deyil, çünki onlar, adətən, istifadəçi və ya qanuni proqramlar tərəfindən başladılır. Hücumçular sizə virus göndərərək və onu aktivləşdirməyiniz üçün sizi aldadaraq bundan istifadə edə bilərlər. Aktivləşdirildikdən sonra zərərli proqram əmrlər, əlavə zərərli kod əldə etmək və məlumtlarınızı ötürmək üçün serverə gedən bağlantını işə salacaq.
Hər bir təhlükəsizlik tədbiri kimi bu məhdudiyyətlər də o deməkdir ki, həm müasir antivirus, həm də düzgün konfiqurasiya edilmiş qoruyucu divar lazımlıdır, lakin təkbaşına kifayət etmir.
Bir çox mobil cihazlarda təhlükəsizlik məhdudiyyətləri var; lakin bunlar heç də həmişə istifadəçilər tərəfindən istənilmir və ya qiymətləndirilmir. Məsələn, istifadəçinin cihaz üzrə imtiyazlarını mövcud olan maksimum həddə qaldıran (kökləmə) və ya icra edə biləcəkləri əmrlər üzrə bəzi məhdudiyyətləri aradan qaldıran (sındırılma) kökləmə (Android) və ya sındırılma (iOS) vasitəsilə onlardan yan keçmək istəyə bilərsiniz. Bu, cihazı dizaynerlərin nəzərə almadığı vəziyyətə gətirir, bu da cihazın daha az dayanıqlı olmasına, təhlükəsizlik tədbirlərinin pozulmasına və zərərli proqramlara qarşı həssas olmasına səbəb ola bilər.
Hücumçunun məlumatınızla bağlı nə edə biləcəyini diktə edən iki əsas element var: hücum səthi (məkan) və hücumun vaxt aralığı (zaman).
Hücum səthi məlumatlarınızın yerləşdiyi bütün cihazlardan, xarici yaddaş mediasından və yazılı və ya çap olunmuş materiallardan ibarətdir. Buraya siz və məlumatı bilən digər insanlar da daxildir. Mövcud olan məlumatın nüsxəsi nə qədər çox olsa, hücum səthi bir o qədər geniş olar və hücumçunun müvəffəq olması üçün bir o qədər çox imkan olar. Bunu məhdudlaşdırmaq üçün məlumatlarınızın harada yerləşdiyini və hansı formaları aldığını məhdudlaşdıra bilərsiniz.
Hücumun vaxt aralığı hücum səthinin hər bir komponentinin həssas olduğu vaxta aiddir. Bir gün sonra məhv edilən əlyazma qeydlərində olan məlumatlar yalnız həmin gün üçün təhlükəyə açıq hesab edilir (məlumatları zehninizdə saxlamamaq şərti ilə). Eyni şey cihazlarınız üçün də keçərlidir; uzaqdan hücum edən şəxs yalnız yandırıldıqda və işə salındıqda ona hücum etmək imkanı əldə edəcək. İstifadə edilmədikdə cihazlarınızı tamamilə söndürməklə hücumun vaxt aralığı azalır.
Cihazlarınızı söndürməklə əldə edilən əlavə təhlükəsizlik üstünlüyü də var. Virus yalnız yararlandığı proqram təminatı işlədiyi müddətdə fəaliyyətləri icra edə bilər. Bunun qarşısını almaq üçün hücumçular təhlükəyə məruz qalmış cihazda daimi mövcudluq əldə etməyə çalışacaqlar ki, cihaz işlədiyi zaman virus aktiv olsun. Cihazlarınızı söndürməklə yalnız daimi mövcudluq əldə edə bilən daha mürəkkəb zərərli proqram uzun müddət ərzində sizə qarşı təsirli ola bilər. Daimi zərərli proqramların hamısını deyil, əksəriyyətini silmək üçün cihazlarınızı silmək və hər şeyi mümkün qədər tez-tez yenidən quraşdırmaq barədə düşünməlisiniz. Tez-tez silmək sizi cihazınızda quraşdırılmış proqram təminatını yalnız sizə lazım olanla məhdudlaşdırmağa təşviq edəcək.
Bulud yaddaşı kimi onlayn xidmətlər məlumatlarınızın həmişə ehtiyacınız olduğu zaman mövcud olmasını təmin edə bilər. Lakin onlar məlumatlarınızı bir neçə mövqedə çoxaltmaqla və həmişə yanılı olmaqla həm hücum səthini, həm də hücumun vaxt aralığını potensial olaraq artırır.
Cihazlarınızda da olduğu kimi, hər bir onlayn xidmət üçün güclü, unikal paroldan istifadə etmək buna görə vacibdir. Hər bir parol unikal olmalıdır – əks halda oğurlanmış hesab üçün parol eyni paroldan istifadə etdiyiniz bütün digər xidmətlərə giriş əldə etmək üçün hücumçu tərəfindən istifadə edilə bilər. Hətta parollar yaratmaq üçün istifadə etdiyiniz istənilən nümunə hücumçü üçün faydalı ola bilər. (Məlumatların pozulması nəticəsində oğurlanmış hesabınızın olub-olmadığını Have I Been Pwned? saytında yoxlaya bilərsiniz.)
Ənənəvi məsləhətlərdən istifadə edərək çoxsaylı güclü, unikal parollar yaratmaq və yadda saxlamaq, ehtimal ki, istifadə etdiyiniz onlayn xidmətlərin sayından asılı olaraq qeyri-mümkün olardı. Bunun əvəzində, həm uyğun parollar yaratmaq, həm də giriş məlumatlarınızı saxlamaq üçün 1Password və ya LastPass kimi şifrələnmiş parol menecerindən istifadə edə bilərsiniz. Unutmayın ki, parol meneceri məlumatlarınıza giriş imkanı əldə edən hücumçu bütün onlayn hesablarınıza giriş əldə edə bilər. Buna görə də parol menecerinizə daxil olmaq üçün istifadə etdiyiniz parolun özünün güclü, unikal və yaddaqalan olmasına və ikiamilli əsillik yoxlamasını aktivləşdirdiyinizə əmin olmalısınız. Bu parolu saxlamaq üçün parol menecerinin özündən istifadə edə bilməyəcəyinizə görə güclü, lakin yaddaqalan parolu əl ilə yaratmaq üçün iki oxşar üsuldan birini istifadə edə bilərsiniz. Cihazınızın istifadəçi hesabları və tam disk şifrələməsi üçün parollar yaratmaq məqsədilə bu üsullardan da istifadə edə bilərsiniz:
İdentifikasiya ifadəsi metodu: Zehni görüntü yarada biləcəyiniz dörd-altı əlaqəsiz sözdən ibarət toplu seçin. Sonra bu sözlərdəki bəzi hərfləri rəqəmlər və ya simvollarla əvəz edin (lakin A üçün 4 və E üçün 3 kimi "kodlu yazı sistemi" kimi tanınan ümumi əvəzetmələrdən qaçın).
Cümlə metodu: Zehni görüntü yarada biləcəyiniz uzun cümlə seçin. Hər sözün ilk hərfindən parol yaradın və sonra yuxarıdakı kimi bu hərflərin bəzilərini rəqəmlər və ya simvollarla əvəz edin (yenə də ümumi əvəzetmələrdən qaçın).
Unutmayın ki, barmaq izinizdən və ya üzünüzdən istifadə edərək parol menecerinizə biometrik girişi aktiv etmisinizsə, bu, hücumçunun parol olmadan da giriş imkanı əldə etməsinə icazə verə bilər.
İkiamilli əsillik yoxlaması (2FA) nəyəsə daxil olmaq üçün iki ayrı, fərqli identifikasiya forması tələb edən əlavə təhlükəsizlik tədbiridir. 2FA-nı dəstəkləyən onlayn xidmətlər üçün ilk amil sizin bildiyiniz - ya sizdə olan (əsillik yoxlama tətbiqindən gələn təqəmli kod), ya da sizin olduğunuz (barmaq iziniz, üzünüz və ya səs izinizdən istifadə edərək biometriyanız) bir şeydir. Bu, onlayn hesablarınıza əlavə təhlükəsizlik təbəqəsi əlavə edir, çünki hücumçu sadəcə olaraq parolunuzla giriş imkanı əldə edə bilməməlidir.
Düzünü desək, sizə mətn mesajı ilə rəqəmsal kod göndərildikdə (əsillik yoxlama tətbiqindən istifadə etmək əvəzinə) bu, ikiaddımlı doğrulama hesab edilir (2SV), çünki bu, sizdə olan deyil, sizə göndərilən bir şey olur. O, ələ keçirilməyə qarşı həssas olur və həmişə seçim verildiyi halda SMS əvəzinə Authy kimi əsilliyi yoxlama tətbiqindən istifadə etməlisiniz. Lakin ikiaddımlı doğrulama təkcə parolla qoruma ilə müqayisədə hələ də daha təhlükəsizdir.
Siz internetə daxil olarkən internet xidmət provayderiniz (ISP) daxil olduğunuz veb-saytlara giriş edə və məlumatları səlahiyyətli orqanlarla paylaşa bilər. Siz internet axınınızı şifrələnmiş tunel vasitəsilə cihazınızdan VPN provayderinin serverlərindən birinə, sonra isə daxil olduğunuz veb-saytlara göndərmək üçün Mullvad kimi VPN və ya virtual özəl şəbəkə adlanan proqram təminatından istifadə edə bilərsiniz. Bu sizin IP ünvanınızı həmin veb-saytlardan, ISP-nizdən və bəzi şəbəkəyə əsaslanan müşahidədən gizlədəcək (buna baxmayaraq, siz hələ də cihazın rəqəmsal barmaq izi və veb-sayt izləyiciləri kimi başqa yollarla izlənilə bilərsiniz).
İnternetə kafe və ya otel kimi ictimai və ya etibarsız şəbəkə üzərindən daxil olduğunuz zaman VPN-lər faydalı ola bilər. Şəbəkə provayderi zərərlidirsə, onlar onlayn ötürülmə axınınıza nəzarət edə və hətta onlayn hesablarınızın parollarını əldə edə bilərlər. VPN cihazınızdan VPN provayderinin serverlərindən birinə təhlükəsiz tunel təmin etdiyi üçün şəbəkə operatoru digər onlayn fəaliyyətlərinizə nəzarət edə bilməməlidir.
Unutmayın ki, VPN provayderi və ya istifadə etdikləri hər hansı üçüncü tərəf məlumat mərkəzləri (və onların ISP-ləri) sizi müəyyən etmək və/və ya izləmək üçün istifadə oluna bilən ötürülmə axını qeydiyyatlarını və digər məlumatları saxlaya bilər. VPN serveri, həmçinin kütləvi nəzarət və ya toplu toplama rejimi olan yurisdiksiyada yerləşə bilər ki, bu da məlumatların təhlili vasitəsilə sizi və fəaliyyətlərinizi gizlədə bilər. VPN-dən istifadənin özünün sizin haqqınızda xəbərdarlıq və ya şübhə yarada biləcəyini və VPN-lərin bir sıra ölkələrdə qeyri-qanuni olduğunu və ya hökumət tərəfindən idarə olunduğunu da unutmamalısınız.
Cihazlarınızdan və ya xarici yaddaş mediasından məlumatı sildiyiniz zaman bunun effektivliyi dəyişə bilər. Sərt disk (HDD), əsasən bütöv yaddaş sahəsinə təsadüfi məlumatların təkrar yazılması ilə silinə bilər; lakin müasir sərt halda olan qurğularda (SSD) bu, mümkün deyil. SSD-də əhəmiyyətli miqdarda məlumat diskin köhnəlməsini məhdudlaşdırmaq üçün ehtiyatda tutulan sahədə saxlanılır. Bu o deməkdir ki, şifrələnməmiş məlumatları ehtiva edən yaddaş mediasının təhlükəsiz şəkildə silinməsi yalnız proqram təminatı ilə mümkün olmaya bilər; diskin düzgün şəkildə fiziki olaraq məhv edilməsi yeganə təhlükəsiz seçim ola bilər. SSD-li olanlar daxil olmaqla cihazda tam disk şifrələməsindən istifadə edirsinizsə təhlükəsiz şəkildə silmə ehtiyacı azalır, lakin yenə də qüvvədə olur.
Unutmayın ki, məlumatlarınızın heç də hamısı elektron cihazlarda saxlanmayacaq. Həssas məlumatlar ehtiva edən noutbuklar və ya çap materialları kimi hər hansı fiziki medianı təhlükədən uzaq saxlamalısınız. Məlumata ehtiyac qalmadıqda və ya onun davamlı mövcudluğu çox böyük risk yaradırsa, ən effektiv üsul daşıyıcıdan-daşıyıcıya fərqlənsə də, onu çarpaz şəkildə parçalayan kağızkəsənlə parçalayıb yandırmaqla məhv etməlisiniz. Məhvetmə ilkin materialın praktik olaraq yenidən yaradıla bilməyəcəyi tullantı ilə nəticələnməlidir. Heç vaxt məxfi məlumatları zibilə və ya tullantı qutusuna qoymayın, belə ki, rəsmi orqanlar sənədləri və digər kompromatları üzə çıxarmaq üçün evlərin və ofislərin tullantılarında axtarış aparırlar.
İmtina: Qanunla icazə verilən maksimum dərəcədə Open Briefing bu vəsaitdən hər hansı istifadə və ya sui-istifadə nəticəsində yaranan hər hansı itki, zədə və ya narahatlığa görə məsuliyyət daşımır.
Müəllif Hüququ © Open Briefing Ltd, 2020-21. Bəzi hüquqlar qorunur. Creative Commons BY-NC 4.0 Beynəlxalq Lisenziyasıəsasında lisenziyalaşdırılıb.
Təlimat qeydləri
Yuxu sağlamlıq və rifah üçün vacibdir. Orta hesabla yetkin bir insanın gecə yeddi-doqquz saat yuxuya ehtiyacı var. Kifayət qədər keyfiyyətli yuxu almamaq oyanıq həyatınıza bir çox cəhətdən təsir edəcək. Yuxusuzluq və ya yuxunun pozulması əhval-ruhiyyənizə, konsentrasiyanıza və yaddaşınıza təsir edəcək və məsələn, uzun müddət immun sisteminizi zəiflədə və qan təzyiqinizi yüksəldə bilər. Yaxşı yatmağa meylli olmağınızdan və ya gecə yaxşı yuxu almaqda çətinlik çəkməyinizdən asılı olmayaraq, yuxu ilə bağlı müsbət vərdişləri saxlamaq vacibdir.
Yatmaq üçün bacardığınız qədər sərin, qaranlıq və sakit mühit yaratmağa çalışın. Mümkünsə, yatdığınız yerdən telefonunuz da daxil olmaqla, işlə bağlı hər şeyi çıxarın. Yuxuya getmək istəməzdən ən azı bir saat əvvəl yeməkdən, içməkdən (xüsusilə alkoqol və kofein), siqaretdən, ekranlara baxmaqdan və məşq də daxil olmaqla bütün stimullaşdırıcı fəaliyyətlərdən çəkinin. Narahatlıqlarınızı və görüləcək işlər siyahınızı bir tərəfə qoymağa çalışın və şüurlu şəkildə istirahət və rahatlıq vəziyyətini gücləndirin. Mümkünsə, hər gecə eyni saatda yatmağa gedin və hər səhər eyni saatda oyanın, mümkün olan ən qısa müddətdə çöldə təbii işığa çıxın. Daimi gündüz məşqləri də yuxunuzun uzunluğunu və keyfiyyətini artıracaq.
Yuxunuzun keyfiyyət və kəmiyyətində və ya adi yuxu/oyanma cədvəlinizdə baş verən hər hansı qəfil, izah olunmayan dəyişiklikləri nəzərə alın. Yuxu gündəliyini tamamlamaq, yaxud da Sleep Cycle və ya SleepScore kimi tətbiqlər hər hansı dəyişikliyi müəyyən etməyinizə kömək edə bilər. Yuxu rejiminizdəki dəyişikliklər yuxu gigiyenanıza yuxarıdakı təlimatlardan istifadə edərək diqqət yetirilməsi lazım olduğunu göstərə bilər. Yuxu almağınız yaxşılaşmırsa, tibb mütəxəssisi və ya psixi sağlamlıq mütəxəssisi ilə məsləhətləşməlisiniz. Yuxusuzluq, yuxu apnesi və Narahat Ayaqlar Sindromu kimi yuxu pozuntuları zamanı Koqnitiv Davranış Terapiyası (CBT) və ya dərmanla müalicə kimi mütəxəssis dəstəyindən faydalana bilərsiniz.
Yemək üçün seçdiyimiz qida, onu nə vaxt yediyimiz və istehlak etdiyimiz miqdar sağlamlığımız və rifahımız üçün çox vacibdir. Enerji səviyyələrimiz, əhval-ruhiyyəmiz, performansımız və uzunmüddətli sağlamlığımız hamısı qida ilə bağlı gündəlik seçimlərimizdən təsirlənir.
Gördüyümüz iş əziyyətli ola bilər və bəzən bizi stresli gündən xilas etməsi üçün kofeinə və ya şəkərli qəlyanaltılara etibar etmək daha cəlbedici olur. Eynilə, gərgin qrafiklər arada yemək yeməyi ötürməyimizə və ya yeməyi qeyri-müntəzəm vaxtlarda, məsələn, gecə gec saatlarda yeməyimizə təşviq edə bilər. Bu seçimlər qan şəkəri səviyyənizin ani qalxmasına və çökməsinə səbəb olacaq və əslində ehtiyacınız olandan daha çox karbohidrat istəməyinizə gətirib çıxara bilər. Uzunmüddətli, zəif qidalanma və pəhriz piylənmə, diabet və hipertoniya da daxil olmaqla səhhətinizdə problemlərinə səbəb ola bilər. Buna görə də həm nə yediyimiz, həm də nə zaman yediyimizlə bağlı şüurlu şəkildə qərar vermək vacibdir.
Bu, yorğun və ya ac olduğunuz əlinizdə sağlam qida və qəlyanaltıların olması və alış-veriş etməməyiniz üçün qabaqcadan plan qurmağa kömək edə bilər. Tərkibində zülalın miqdarı yüksək, doymuş və trans yağların miqdarı az olan qidalar seçin (baxmayaraq ki, pəhrizinizdə az miqdarda təkli və çoxlu doymamış yağların olması vacibdir). Hər gün ən azı beş-yeddi pay (hər biri 80 qram) müxtəlif meyvə və tərəvəz yeyin.
Hidratasiya da gün ərzində enerji səviyyələrini və konsentrasiyanı saxlamağınıza kömək edəcək. Hər gün nə qədər mayeyə ehtiyacınız olduğuna dair rəsmi məsləhətlər ölkədən ölkəyə dəyişir, lakin ümumiyyətlə, bu miqdar iki litrə yaxındır (bunun təxminən beşdə biri yediyimiz qidadan gəlir). Ümumiyyətlə, hər yemək zamanı və yeməklər arasında ən azı bir stəkan su içmək yaxşı fikirdir; məşq və ya fiziki fəaliyyət zamanı, onlardan əvvəl və sonra; və susuzluq hiss etsəniz.
Ürək-damar sağlamlığımızı yaxşılaşdırmaq və bədənimizi gücləndirmək kimi açıq-aydın fiziki təsirlərdən kənara çıxan müntəzəm məşqlərin bir çox faydası var. Tədqiqatlar göstərir ki, müntəzəm idman stresə cavab vermək, narahatlığı azaltmaq, özünə inamı artırmaq və yuxunu yaxşılaşdırmaq üçün ən yaxşı yollardan biridir. Məşq dopamin, norepinefrin və serotonin də daxil olmaqla endorfinlərin və digər neyromediatorların (kimyəvi xəbərçilər) sərbəst buraxılmasına səbəb olur. Beyində ifraz olunan bu kimyəvi maddələrin hamısı əhval-ruhiyyəni tənzimləmək və stress səviyyələrini azaltmaqda mühüm rol oynayır.
Qaçış, aerobika və idman da daxil olmaqla daha yüksək intensivlikli məşq ən böyük fiziki sağlamlıq faydalarını təmin edəcək. Lakin hətta sürətli gəzinti və ya velosiped sürmə kimi orta səviyyəli fəaliyyəti gündəlik rejiminizin bir hissəsinə çevirmək belə, xüsusilə də bunu vaxtınızın qalan hissəsində oturaq həyat tərzini azaltmaqla birləşdirməyiniz öz müsbət təsirlərini göstərəcək. Yoqa və ya gərgin bağçılıq işi kimi əsas əzələlərinizi gücləndirən fəaliyyətləri daxil etmək də vacibdir. Ümumilikdə, bu, özünüzə etməli olduğunuzu düşündüyünüz, lakin tez-tez uğursuz ola biləcəyinizə sərt rejim qoymaq yerinə zövq aldığınız və səbirsizliklə gözlədiyiniz fəaliyyətləri seçməyinizə kömək olacaq. Əgər əlilliyiniz varsa və ya hərəkət qabiliyyətiniz azalıbsa, ehtimal ki, fiziki qabiliyyətlərinizə uyğun aerobik fəaliyyətlər və müqavimət və elastiklik məşqləri olacaq.
Qrafikinizə müntəzəm məşq və fiziki fəaliyyətləri daxil etmək sizi fasilələr verməyə və iş-həyat balansını daha sağlam saxlamağa təşviq edəcək. Bəzi insanlar üçün komanda idmanı və digər daha sosial fiziki fəaliyyətlər əlavə üstünlüklər təklif edə bilər, çünki qrupa üzvlük bizə rifahı yaxşılaşdırmağa kömək edən ortaq məqsədlər, sosial əlaqə və bağlantı duyğusu təklif edir.
İşimiz o qədər vacib və iş yükümüz o qədər ağırdır ki, xəstələnməyə vaxtımız yoxdur fikrinə inanmaq cəlbedici gəlir. Əslində, nasaz olduğumuz zaman işləməyə davam etmək həm qısamüddətli sağalmamıza, həm də uzunmüddətli rifahımıza zərərlidir. Əgər siz müntəzəm olaraq xəstəlik və zədələrə məhəl qoymursunuzsa, daha ciddi və xroniki xəstəliklərin inkişafına səbəb ola bilərsiniz. Siz, həmçinin ağrıkəsicilərin həddindən artıq istifadəsi və ya çox kofein içmək kimi qeyri-sağlam mübarizə mexanizmlərinə arxalana bilərsiniz. Bir sözlə, məhsuldar olmaq üçün kifayət qədər yaxşı olub-olmadığınızı bilmək istəyirsinizsə, dayanmaq, dincəlmək və özünüzə gəlmək çox güman ki, yaxşı fikirdir.
Xəstə ola-ola işləmək başqalarına da zərər verə bilər. Yoluxucu xəstəliklər icmada və ya iş yerində, faydalananlar və birlikdə işlədiyimiz digər şəxslər arasında asanlıqla yayıla bilər. İş gəlsək, lakin əsəbi, diqqəti dağınıq və qeyri-məhsuldar olsaq, iş yoldaşlarımızın səmərəliliyinə və rifahına da mənfi təsir edə bilərik.
Təkrarlanan fiziki simptomların psixoloji təzyiqlərlə əlaqəli olub-olmadığını araşdırmaq vacibdir. Ən azı stres və narahatlıq migren və qıcıqlanmış bağırsaq sindromu kimi fiziki vəziyyətlərə qismən də olsa səbəb ola bilər. Xəstəliyinizin və ya zədənizin səbəbləri nə olursa olsun, özünüzə qayğı göstərin və sağalmaq üçün özünüzə vaxt verin. Yuxu, pəhriz, məşq, meditasiya, narkotik vasitələr və alkoqoldan imtina, eləcə də yaxın dostlarınız və ailənizlə təmasda olmaqla bağlı buradakı təlimatlara əməl edin. Hər hansı narahatlığınız varsa, mümkün qədər tez bir zamanda tibb mütəxəssisi ilə danışın.
Hər birimizin ailəmizdə, icmamızda və iş yerimizdə çoxsaylı və mürəkkəb vəzifələri var. Çoxları üçün rəqəmsal dövr o deməkdir ki, iş yoldaşlarımız və digərləri istənilən vaxt və istənilən yerdə bizimlə əlaqə saxlaya bilərlər. Sosial media və xəbərlərin 24/7 dəyişməsi daim hər şeyə diqqət yetirməyimizi tələb edir. Belə bir vəziyyətdə hər şeyi ifrat dərəcədə etməküçün yer ayırmaq vacibdir.
Geniş çeşiddə gündəlik fəaliyyətlər öz üzərində düşünməyə və düşüncələrə dalmağa kömək edə bilər. Bunlara gündəlik yazmaq, oxumaq, bağçılıq, yemək hazırlamaq və ya musiqi dinləmək daxildir. Bu cür fəaliyyətlər balans, minnətdarlıq və rifah hissimizi artıra bilər. Bundan əlavə, zehnimizi sakitləşdirməyə, bədənimizi tənzimləməyə və daha çox rahatlıq və məmnunluq hissi yaratmağa kömək edən bir çox daxili və ya mənəvi məşqlər var.
Meditasiya dümüəyyən obyektə, düşüncəyə, səsə, surətə, hərəkətə və ya nəfəsə diqqət yetirmə və təfəkkür məşqidir. Zehinlilik meditasiyası, xüsusilə də son illərdə effektivliyinin artması ilə getdikcə populyarlıq qazanıb. Zehinlilik şüurun psixoloji vəziyyətidir; o, mühakimə olunmadan hazırda mövcud olmaqdır. Stres, diqqət və emosional reaktivliyə faydalı təsirləri sübut edilmişdir. Siz müxtəlif regional adət-ənənələrdə meditasiya dərslərinə müraciət edə bilər və ya Calm və ya Headspace kimi kitab və ya tətbiqin köməyi ilə gündəlik solo məşqlərinizi edə bilərsiniz.
Əgər məzhəb sahibi insansınızsa, meditasiya və düşüncələrə dalaraq edilən dua ilə məşğul olmaq artıq həyatınızın təməl daşı ola bilər və çox güman ki, bu və digər ruhani təcrübələrdə dərin məna duyğusu tapacaqsınız.
Öz üzərində düşünmə də hərəkət yolu ilə inkişaf etdirilə bilər. Məsələn, yoqa duruşlar və ya pozalar, nəfəs və meditasiya ilə işləmək yolu ilə sağlamlığa və dincəlməyə yardım edən qədim təcrübədir. Fiziki faydaları ilə yanaşı, stres, narahatlıq və depressiyanı azalda və yuxunu yaxşılaşdıra bilər. Təbiətdə gəzmək kimi fiziki fəaliyyətin digər formaları istirahətinizi və sakitlik hissinizi təşviq etmə yolunuz ola bilər.
Əyləncə məqsədli istifadə edilən narkotik vasitələrdən istifadə sağlamlıq və rifah üçün kompleks problemlər yaradır. Fərdlər, icmalar və cəmiyyətlər onun qanuniliyi, ondan imtina və zərər anlayışı məsələlərinə fərqli yanaşırlar. Lakin unutmayın ki, yaşadığınız ölkədə qanunu pozursunuzsa, dolanışığınızı və potensial olaraq ailə həyatınızı təhlükə altında qoyursunuz.
Bir çox cəmiyyətlərdə sosial cəhətdən məqbul olan psixoaktiv maddə kimi alkoqol xüsusi problemlər yaradır. Gərgin və ya stresli günün sonunda müntəzəm olaraq içki içənlərin “gizli alkoqolizmi” ailə üzvlərinə, dostlara və iş yoldaşlarına mənfi təsir göstərə bilər, çünki bu, əhval dəyişikliyi, yorğunluq və/və ya xəstəliklərin daha sıx baş verməsi ilə nəticələnə bilər. Müntəzəm olaraq içirsinizsə, həftədə iki və ya üç günü alkoqolsuz keçirməyi qarşınıza məqsəd qoymalı, digər vaxtlarda yalnız ölçülü şəkildə içməlisiniz. Lakin hər birimizin alkoqolla bağlı seçimlərimizi ardıcıl və dürüst şəkildə qiymətləndirməyimiz və asılı vəziyyətə düşməməyə diqqət etməyimiz faydalı olar. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanan Alkoqoldan İstifadə Pozuntularını Müəyyənləşdirmə Testi (AUDIT) alkoqol istehlakınızı özünüzün qiymətləndirməsinə və sağlamlığınıza, rifahınıza hər hansı təsirini müəyyən etməyinizə kömək edə bilər. Bu test 40 dildə mövcuddur.
Ümumiyyətlə, hər hansı maddə ilə qeyri-sağlam münasibətinizin olduğunu göstərən əlamətlərə müntəzəm şəkildə sərxoş və ya ruh düşkünlüyü vəziyyətində olmaq, tək olduqda və ya gizli şəkildə narkotik vasitələrdən, yaxud da alkoqoldan istifadə etmək və narkotik vasitələri, yaxud da alkoqolu əldə etmə hissini digər şəxsi və peşəkar məsuliyyətlərdən üstün tutmaq daxildir. Bu davranışların hər hansı biri sizə tanışdırsa, tibb mütəxəssisi və ya psixi sağlamlıq mütəxəssisi ilə danışmaq sizə faydalı ola bilər. Nəzərə alın ki, alkoqol və digər əyləncə məqsədli vasitələr bir-biri və yazılmış dərmanlarla qarşılıqlı əlaqəyə girib həmin dərmanların effektivliyini azalda, yaxud da gözlənilməz və potensial ciddi təsirlər yarada bilər.
Etibarlı digər insanların dəstəyi stresin və zəif sağlamlığın zərərli təsirlərinin qarşısını alan və azaldan ən vacib amildir. Təəssüf ki, peşəkar və şəxsi hədəflərə can atmağımız, sosial və ya ekoloji səbəbə böyük həvəslə köklənməyimiz və ya sadəcə olaraq ağır iş yükü çoxlarımızın münasibətlərimizə etinasız yanaşmasına səbəb ola bilər. Ən pisi də odur ki, bəzən məyusluqları və ümidsizliyi biganə şəkildə həyatımızdakı "ən etibarlı" insalara - dostlarımıza, ailəmizə və iş yoldaşlarımıza yönəldə bilərik.
Əsas münasibətlərinizi inkişaf etdirmək çox vacibdir. Aranızda səmimiyyət, etibar və qarşılıqlı hörmət olmasına cəhd edin və bunu təmin edin. Ailə münasibətlərinizdə münqiçələr və ya ciddi narazılıqlar varsa, özünüzü zərərli münasibətlərdən qoruma ehtiyacını dərk edərək özünüzə sual verin: bunları həll edə bilərsinizmi və necə həll edə bilərsiniz? Yaxın dostlarınızın və ailənizin yaxınlığında yaşamırsınızsa, onlarla müntəzəm əlaqə saxlamağa və onları sizin, sizi isə onların gündəlik həyatına bağlı hiss etdirməyə üstünlük verin. Ailənizdəki və icmadakı uşaqlara və yaşlı üzvlərə fərdi, eləcə də qrup şəklində vaxt ayırmağı unutmayın.
Prioritetlərinizin siz fərqinə varmadan münasibətlərinizdən uzaqlaşmadığını yoxlamaq üçün iş-həyat balansınızı müntəzəm qaydada gözdən keçirin. Təşəbbüskar olun və dostlarınıza və ailənizə zəng etməyə, yaxud da onlarla ünsiyyət qurmağa vaxt ayırmaq üçün şüurlu səy göstərin. Unutmayın ki, sosial media, mətn mesajları və video zənglər bizə əlaqə saxlamağa və özümüzü bağlı hiss etməyə kömək edə bilər, lakin mümkün olduqda rəqəmsal ünsiyyətin üzbəüz əlaqəni əvəz etməsinə imkan verməyin.
Stres həmişə mənfi olmur; bəzən bəzi streslər yaxşı ola bilər. Bu, bizi motivasiya edə və bizi məşğul olmağa, nəyəsə nail olmağa sövq edə bilər. Stres bizə özümüzə meydan oxumağa və fəal olmağa kömək etdikdə bu bizi “yaşıl zonamızda” saxlayaraq müsbət ola bilər. Həyatımızda stres çox olduqda, həddindən artıq yüklənmiş və əzgin hiss edə bilərik. Enerjili olmaq əvəzinə, özümüzü tükənmiş hiss etməyə başlaya və "narıncı zonamıza" keçə bilərik.
Stresin əlamətləri və simptomları beş kateqoriyaya bölünür: fiziki, emosional, psixoloji, davranış və mənəvi. Fiziki sahədə gərginləşə, bel ağrılarınız ola və ya mədə problemləri ilə üzləşə bilərsiniz. Emosional sahədə qəzəbli, qəmli və ya qorxmuş ola bilərsiniz. Psixoloji olaraq bacarıqlarınıza şübhə ilə yanaşmağa və ya başqaları tərəfindən sərt mühakimə edildiyinizi təsəvvür etməyə başlaya bilərsiniz. Stresin davranış təzahürlərinə pulu məqsədsiz xərcləmək, siqaret çəkmək, sürət həddini aşmaq və ya insanlardan qaçmaq daxil ola bilər. Rifahın mənəvi itkisinin əlamətləri inancınızı və ya inanc sisteminizi şübhə altına almaq, mənəvi təcrübələrdən uzaqlaşmaq və ya öz etik davranışlarınızı pozmaq ola bilər.
Bu sahələrin hər hansı birində dəyişiklik sağlamlığımızın və rifahımızın pisləşdiyini göstərə bilər. Bu problemlər uyğun tənzimləmələr olmadan uzandıqda, öhdəsindən gəlmək qabiliyyətimiz azalır. Bu, xoşagəlməz və hətta qorxulu simptomlara səbəb ola bilər və bir sıra fiziki və psixi sağlamlıq pozuntularına səbəb ola bilər. Sonda bizi "qırmızı zonaya" itələyərək tükənmiş və xəstə vəziyyətdə qoya bilər.
Fərqli zonalarda necə göründüyünüzü və hansı stres hallarının sizi narıncı və ya qırmızı zonaya sala biləcəyini təsvir etməyə çalışın. Narıncı zonaya keçsəniz, bu barədə dərhal bir şey etmək vacibdir - qırmızı zonaya girənə qədər gözləməyin, burada sağalmaq daha çətindir. Depressiya və narahatlıq daxil olmaqla stres və digər psixi və fiziki sağlamlıq problemləri zamanı xəbərdarlıq əlamətlərini bilmək vacibdir. Yuxunuz, iştahanız, əhval-ruhiyyəniz və fəaliyyətinizlə əlaqədar hər hansı mənfi dəyişikliklərə diqqət yetirin. Yuxu, pəhriz, məşq, meditasiya, narkotik vasitələr və alkoqoldan imtina, eləcə də yaxın dostlarınız və ailənizlə təmasda olmaqla bağlı yuxarıdakı təlimatlara əməl edin. Hər hansı narahatlığınız varsa, mümkün qədər tez bir zamanda tibb mütəxəssisi və ya psixi sağlamlıq mütəxəssisi ilə danışın.
Təlimat qeydləri
Müttəfiqləriniz və düşmənləriniz olan şəxsləri, təşkilatları və qurumları müəyyən etmək faydalı ola bilər. Müttəfiqlər etibar etdiyiniz və sizi və ya işinizi dəstəkləyən insanlardır. Onların mühafizə və təhlükəsizliyinizi artırmaq üçün istifadə edilə biləcək və ya hücum, təqib və ya senzura ilə qarşılaşdığınız halda müdafiənizdə istifadə oluna biləcək şəbəkələr və digər resursları, o cümlədən maliyyə vəsaiti ola bilər. Bu resursların nə olduğunu başa düşmək və hər bir müttəfiqin fərdi motivasiyalarına və prioritetlərinə müraciət etmək sizə onlarla daha effektiv məşğul olmağa kömək edəcək.
Bunun əksinə olaraq, düşmənlər sizə və ya təşkilatınıza zərbə vurmağa və ya hücum etməyə cəhd edə bilərlər. Çox güman ki, fəaliyyətləriniz onlar üçün təhlükə yaradır və işiniz uğurlu olsa, nəyisə itirəcəklər. Bunlar cinayətkar dəstələr, silahlı qruplar, güclü biznes tərəfləri və ya dövlət məmurları və siyasətçilər ola bilər. Ehtimal olunan niyyətlərinin nə olduğunu və imkanlarını nəzərə alaraq həmin düşmənlərin yaratdığı təhlükəni daha yaxşı anlaya bilərsiniz. Məsələn, sosial mediada trol sizin uğurunuza mane olmaq niyyətində ola bilər, lakin faktiki olaraq bunu etmək üçün məhdud imkanlara sahibdir; yerli təhlükəsizlik qüvvələri isə həm sizə zərər vermək istəyə, həm də bu niyyətini həyata keçirmək üçün lazımi vasitələrə və toxunulmazlığa sahib ola bilər.
Risk baxımından "zəiflik" sizin təhlükəyə məruz qalmağınızdır; bunun zəifliklə heç bir əlaqəsi yoxdur. Təhlükə ola bilər, lakin ona məruz qalmır, yaxud da ona qarşı həssas deyilsinizsə, bu, şəxsən sizin üçün riskə çevrilmir. Təhlükələr və həssaslıqlarınız üst-üstə düşdüyü yerdə risk var. Təhlükələrin əksəriyyəti xarici olsa da, həssaslığınızı artıran amillər, adətən, daxili olur. Bunlardan bəziləri işinizlə bağlı olacaq: məsələn, kampaniya apardığınız məsələlər və ya istifadə etdiyiniz taktika. Ümumiyyətlə, bu amillər üzərində müəyyən dərəcədə nəzarət və seçiminiz olacaq. Digər amillər şəxsi kimliyinizlə əlaqəli ola bilər və məsələn, cinsi oriyentasiyanız, gender kimliyiniz, yaşınız, etnik mənsubiyyətiniz və ya milliyyətinizi əhatə edə bilər. Bu xüsusiyyətlərə nəzarət edə bilməsəniz də, onların sizə qarşı təhlükələr baxımından həssaslığınızı necə artıra və ya azalda biləcəyini anlamaq hələ də vacibdir.
Qarşılaşdığınız təhlükələrin heç də hamısı eyni səviyyədə risk daşımayacaq. Hər təhlükənin baş vermə ehtimalını və baş verdiyi təqdirdə təsirini qiymətləndirmək üçün sistemli prosesə əməl edərək bunu araşdıra bilərsiniz. Bu, hansı riskləri azaltmağa diqqət yetirməli olduğunuzu daha yaxşı başa düşməyə kömək edəcək. Məhdud resurslarla və ya bir neçə müttəfiqlə işləyirsinizsə, bu daha da vacibdir.
Sizə potensial zərər verə biləcək bütün xüsusi təhlükələri sadalamaqla başlayın və onların hər birinə necə məruz qaldığınızı təsvir edin. Düşmənlər sizə qarşı birbaşa (məqsədli) təhlükə yaradacaqlar. Sizə zərər vura və ya xəsarət yetirə biləcək digər təhdidlər dolayı olacaq. Təhlükəsizliyi, tibbi və sağlamlıq məsələlərini, eləcə də təhlükəsizlik məsələlərini nəzərə almaq vacibdir. Fiziki təhlükələrlə yanaşı, rəqəmsal təhlükəsizliyinizə və rifahınıza olan təhdidləri də nəzərə almalısınız.
Həssaslıqlarınızı nəzərə alaraq hər bir təhlükəyə baş vermə ehtimalına görə 1-5 (çox az ehtimaldan çox böyük ehtimala qədər) bal, sizə və ya işinizə təsirinin necə olacağına görə 1-5 (cüzi təsirdən əhəmiyyətli təsirə qədər) bal verin. Hər təhlükə üzrə ehtimal və təsir ballarını bir-birinə vurmaqla 1-dən 25-ə qədər risk reytinqi əldə edəcəksiniz. 1-3 arası qiymətləndirilən risklər çox aşağı; 4-6 arası qiymətləndirilən risklər aşağı hesab edilə bilər; 8-10 arası qiymətləndirilənlər orta səviyyəlidir; 12-16 arası qiymətləndirilən risklər yüksəkdir; və 20 və ya 25 ilə qiymətləndirilənlər çox yüksəkdir. Bu, daxili (və ya azaldılmayan) risk olaraq bilinir.
Bu təlimi yeni və ya dəyişən təhlükələrə və ya həssaslıqlara cavab olaraq və ya siyasi, iqtisadi, sosial və ya hüquqi müstəvidəki hər hansı əhəmiyyətli dəyişikliklərə cavab olaraq vaxtaşırı keçirməlisiniz.
Qarşılaşdığınız riskləri daha yaxşı başa düşdükdən sonra bu riskləri azaltmaq üçün bəzi məqsədyönlü tədbirlər haqqında düşünməyə başlaya bilərsiniz. Bunu hər bir təhlükənin ehtimalını və/və ya təsirini sistemli şəkildə növbə ilə azaltmaqla edə bilərsiniz. Həssaslıqlarınızın həllinə diqqət yetirməlisiniz, çünki bunlardan bəziləri sizin nəzarətinizdə olacaq. Təhlükənin baş vermə ehtimalına təsir etmək bəzən çətin ola bilər, lakin siz hələ də onun təsirini məhdudlaşdıra bilərsiniz. Nəzərə alın ki, davranışlarınızda və iş təcrübənizdə sadə dəyişikliklərin edilməsi texniki həllər əldə etməkdən daha ucuz və effektiv olacaq. Bu tədbirləri vahid siyahıda birləşdirmək sizə müntəzəm olaraq nəzərdən keçirməli olduğunuz sadə risk azaltma planı təqdim edəcək.
Çox sayda təhlükələrlə qarşılaşırsınızsa, ilk olaraq hansına diqqət yetirəcəyinizə qərar vermək faydalı ola bilər. Bunu edə biləcəyiniz bir sıra yollar var. Siz riski qəbul etməyi, ondan tamamilə qaçmağı, onu ötürməyi və ya başqaları ilə paylaşmağı, yaxud da onu idarə etməyi seçə bilərsiniz. Hələlik orta və ya aşağı səviyyədə olan istənilən riski qəbul etməyə, lakin məsələn, yüksək və ya çox yüksək olan bütün risklərdən çəkinməyə, onları ötürməyə və ya idarə etməyə hazır olduğunuza qərar verə bilərsiniz. (Riski qəbul etməyə hazır olmadığınıza dair yuxarıdakı məqam risk həddi kimi tanınır.) Bu, çəkinə və ya ötürə bilməyəcəyiniz yüksək və çox yüksək riskləri azaltmaq üzrə səylərinizə və məhdud resurslarınıza diqqət yönəltməyə imkan verəcək.
Həmçinin həyata keçirdiyiniz azaltma tədbirlərini nəzərə alsaq, təhlükələri yeni ehtimal və təsir balları ilə yenidən qiymətləndirə bilərsiniz. Yenidən nəzərdən keçirilmiş dərəcələri sizin üçün qalıq (və ya qalan) riski ifadə edəcək. Nəzərə alın ki, bunlardan bəziləri hələ də risk həddinizin üstündə ola bilər və riski məqbul səviyyəyə endirmək üçün əlavə diqqət tələb edəcək.
Beynimiz instinktiv olaraq ətrafımızdakı dünyada baş verən dəyişiklikləri tez normallaşdırmağa çalışır. Bu, rifah baxımından çox müsbət ola bilər. Lakin təhlükəsizlik baxımından bu bizə və ya işimizə qarşı artan riski göstərə biləcək dəyişiklikləri qaçıra və ya hətta rədd edə biləcəyimiz deməkdir.
Buna müqavimət göstərmək üçün ətrafınızdakı insanlara və obyektlərə diqqət yetirin və hərbi dairələrdə “normalın olmaması, anormalın olması” kimi tanınan şeylərə diqqət yetirin. Siz rahat ayıqlıq vəziyyətini qorumağa çalışırsınız. Gündəlik iş rejiminizdə mövcud olan və ya olmayan şəxslərə və ya ətrafınızdakı insanların davranışındakı dəyişikliklərə diqqət yetirin. Buna təqibin gedişatı və ya tezliyindəki dəyişikliklər, yaxud da sizə və iş yoldaşlarınıza qarşı hücumların artması daxil ola bilər. Eynilə, nəqliyyat vasitələri və ya cihazlar kimi ətrafınızdakı yeni obyektlərdən, yaxud da qeyri-adi və ya gözlənilməz yerlərdə olan əşyalardan xəbərdar olun. Bu vəziyyətə dair məlumatlılığı saxlamaq sizə qarşı hərəkətləri qabaqcadan görməyə kömək edə və sizə müvafiq reaksiya vermək üçün vaxt verə bilər.
Ətrafınızda baş verənlərdəki və ya düşmənlərinizin davranışındakı dəyişikliklərin yeni təhlükə və ya artan riski göstərə biləcəyini düşünürsünüzsə, rhtiyat tədbirlər görməlisiniz. Bunlara, məsələn, vəziyyəti daha yaxşı başa düşməyə çalışmaq üçün dostlarınız, ailəniz və iş yoldaşlarınızla dəyişiklikləri müzakirə etmək; səyahət planlarınızı dəyişdirmək və ya daha təhlükəsiz yerə köçmək; və ya dəstək şəbəkələrinizi daha böyük risk altında olduğunuzu hiss etdiyiniz barədə xəbərdar etmək və onlardan sizə kömək etmələrini xahiş etmək.
Hər gün təhlükəsizliklə bağlı təyin edilmiş əlaqə şəxsi ilə əlaqə saxlayacağınız vaxtların razılaşdırılması başınıza gələ biləcək hər hansı hadisə ilə dəstək şəbəkənizin həyəcan siqnalı çalıb təhlükəyə diqqət yönəltməsi, yaxud da dəstəyi səfərbər etməsi arasındakı vaxtı azaldır.
Çox yüksək risk olan yerlərdə və ya əhəmiyyətli riskli vaxtlarda bu "yoxlamalar"ın tezliyi hər 30 dəqiqədən bir ola bilər. Daha az risk olan yerlərdə və ya riskin azaldığı vaxtlarda yoxlama gündə bir dəfə, axşam ola bilər. Siz və təhlükəsizliklə bağlı əlaqə şəxsiniz nəyin real və uyğun olduğuna qərar verməlisiniz. Qeydiyyat cədvəlinin müəyyən yerlərə gəlməli və ya oradan getməli olduğunuz vaxt əvəzinə, gün ərzində müntəzəm vaxtlara uyğunlaşdırılması vacibdir. Bu, səyahətiniz zamanı qeydiyyatı qaçırmaq və təhlükəsizliklə bağlı əlaqə şəxsini lazımsız yerə narahat etməklə nəticələnəcək hər hansı gecikmənin qarşısını alır.
Sizin və təhlükəsizliklə bağlı əlaqə şəxsinizin qeydiyyatı qaçırdığınız zaman onların görəcəyi tədbirlərə qərar vermək vacibdir. Qaçırılmış yoxlamadan sonrakı saatların sayına əsaslanaraq, miqyası və şiddəti artan cavabların mərhələli dəstinə sahib olmaq məqsədəuyğundur. Təhlükəsizliklə bağlı əlaqə şəxsinin cədvəlinizə giriş imkanının olması ona görə faydalıdır ki, mümkün olsa, məlum olan son mövqeyinizi təyin edə bilsinlər. Əgər təhlükəsizliklə bağlı əlaqə şəxsiniz beynəlxalq tərəfdaşdırsa, saat qurşağındakı fərqlərini və yanlış həyəcan siqnalına səbəb olan hər hansı əlaqə problemi ehtimalını nəzərə alın. Təhlükəsizliklə bağlı beynəlxalq əlaqə şəxsləri də sizi tapmağa çalışmaq üçün yerli dəstək şəbəkənizi səfərbər edə bilməlidir.
Düşmənlər sizin təhlükəyə açıq və ya asan hədəf olduğunuzu düşünsələr, sizə hücum etmək və ya sizi təqib etmək ehtimalı daha yüksək ola bilər. Yerli müttəfiqlərinizin sizə dəstək ola biləcəyi praktik üsullardan biri yüksək risk dövründə sizinlə qalmaq və ya yüksək riskli yerlərdə sizinlə səyahət etməkdir. Düşmənin hərəkətləri ətrafınızdakı başqa insanlar tərəfindən əngəllənə biləcəyinə və ya ən azından diqqətdən kənarda qalmayacağına görə bu onların qısa müddətdə bu vəziyyətin qarşısını alması riskini kifayət qədər artıra bilər.
Nəzərə alın ki, iş yoldaşlarınız və sizinlə qalan, yaxud da səyahət edən digər şəxslər özlərini risk altında qoya bilər. Ardıcıl və əhəmiyyətli təhlükələrlə üzləşsəniz, əvəzində Peace Brigades International (Beynəlxalq Sülh Briqadası) kimi mütəxəssis təşkilatdan beynəlxalq qoruyucu müşayiət tələb etmək barədə düşünə bilərsiniz. Qoruyucu müşayiət insan hüquqları müdafiəçilərini və təhlükə altında olan icmaları qorumaq üçün qeyri-zorakı, lakin qeyri-məxfi strategiyadır. Könüllü müşayiətçilər insan hüquqlarına beynəlxalq qayğını ifadə edir. Düşmənlər bilirlər ki, beynəlxalq könüllülərin müşayiət etdiyi müdafiəçilərə qarşı hər hansı hücumların nəinki şahidləri olacaq, həm də çox güman ki, hüquqi, siyasi, diplomatik və ya iqtisadi nəticələri olacaq.
Əgər siz saxlanılsanız, qaçırılsanız və ya sizə zərər verilsə, ailənizin və ya təyin edilmiş digər şəxslərin maliyyə və hüquqi sənədlərinizə əldə etməsinə, yaxud da bu və digər mühüm sahələrdə istəklərinizi bilməsinə ehtiyac yarana bilər. Buna görə də vəsiyyətnaməni yazmalı, yaxud yeniləməli və onu digər müvafiq sənədlərlə birlikdə razılaşdırılmış şəraitdə digər etibarlı şəxslərin əldə edə biləcəyi təhlükəsiz yerdə saxlamalısınız. Təhlükəsiz yerinizin kilidlənə bilən siyirmə və ya seyf, yoxsa şifrələnmiş rəqəmsal fayl kimi fiziki yer olmasına qərar verərkən təhlükəsizliyin nisbi əhəmiyyətini, girişin asanlığını və təsadüfi və ya zərərli proqramla silinmə, ya da məhv olma ehtimalını nəzərə alın.
Əgər hər hansı səbəbdən işləyə bilmirsinizsə, yoxluğunuzda iş yoldaşlarınızın və tərəfdaşlarınızın fəaliyyət və əməliyyatları davam etdirməsi çətin ola bilər. Bunu həll etmək üçün birlikdə əsas öhdəliklərinizi müəyyən edən və bunların hər birini kimin öz üzərinə götürəcəyini və bunun üçün onlara lazım olacaq məlumat və resursları müəyyən edən plan yaratmalısınız. Daha sonra iş yoldaşlarınız və digər müvafiq maraqlı tərəflər arasında münqaişə və ya qarışıqlıq ehtimalını azatlmaq üçün bu planı onlarla paylaşmalısınız.
Əgər saxlanılmısınızsa, yaxud da daha pis hal baş veribsə, düşmənlər yoxluğunuzda ailənizi və iş yoldaşlarınızı təhdid edə bilərlər. Təhlükəsizliyiniz və fövqəladə hallar planınızın bunu nəzərə alması vacibdir. Sizə yaxın olanlar gizlənməli, səfirlikdə və ya başqa yerdə sığınacaq axtarmalı, ölkənin başqa bölgəsinə köçməli və ya ölkəni tamamilə tərk etməli ola bilərlər. Onların bu variantların hər biri üçün əvvəlcədən real planlar qurmaları vacibdir ki, öz təhlükəsizliklərini təmin etmək üçün qısa zamanda ən uyğun tədbirləri görə bilsinlər.
İnsan hüquqları müdafiəçiləri üçün uyğun olan təhlükəsizlik təlimi humanitar və ya korporativ sektorlarda standart olan düşmənlərdən ibarət ətraf mühit haqqında maarifləndirmə təlimindən çox fərqlidir. Bu xarakterdə olan təhlükəsizlik təlimləri, adətən, zorakı cinayətkarların və ya silahlı qrupların dolayı təhdidləri ilə üzləşə bilən əhəmiyyətli resursları olan təşkilatların beynəlxalq heyəti üçün nəzərdə tutulub. Bunun əksinə olaraq, insan hüquqları müdafiəçiləri və torpaq, ətraf mühit və yerli əhalinin hüquqlarını müdafiə edənlərin məhdud resursları olan yerli icma üzvləri olma ehtimalı daha yüksəkdir və onlar çox vaxt dövlət və ya korporativ dəstəyi ilə yüksək bacarıqlı düşmənlərin birbaşa təhdidləri ilə üzləşirlər.
İnsan hüquqları müdafiəçiləri üçün təhlükəsizlik təlimi şəxsi risk anlayışının formalaşmasına köklənməli və gender və digər şəxsi kimlik amillərini nəzərə almalıdır. Təlimçilər təhlükəsizlik strategiyalarını və taktikalarını iştirakçılarla birgə inkişaf etdirməyə çalışmalı və məsələn, vəziyyətlə bağlı məlumatlılıq, qeydiyyat cədvəlləri, müşayiət və fövqəladə halların planlaşdırılması ilə bağlı təlimatda irəli sürülən bir çox tədbirləri əhatə etməlidir. Təlimin bütöv olması və fiziki mühafizə və təhlükəsizlikdən daha çox şeyi, eləcə də rəqəmsal təhlükəsizlik, rifah və davamlılıq məsələlərini əhatə etməsi vacibdir.
Ardıcıl və əhəmiyyətli fiziki zərər təhlükəsi ilə üzləşir və ya tibbi imkanları məhdud olan ərazilərdə yaşayıb işləyirsinizsə, təkmil ilk yardım təlimini də nəzərə almaq istəyə bilərsiniz. Müvafiq təlim təməl yaşam dəstəyi kimi əsas ilk yardım bacarıqlarını əhatə etməli, lakin kəskin qanaxmanın müalicəsi və itirilən canlı qüvvənin təhlükəsiz şəkildə aparılması kimi daha təkmil bacarıqlara diqqət yetirməlidir. Bu təlim travma dəstlərinin tərkibini və onlardan düzgün istifadə qaydalarını əhatə etməlidir. Ən önəmlisi isə bu, özünüzü müalicə etməyin və əsas avadanlıqları improvizasiya etməyin qaydasını da əhatə etməlidir. Siz bir neçə gün davam edən və ssenarilər və praktiki məşğələlərdən ibarət kurs seçməlisiniz. Təlimi başa vurduqdan sonra mümkünsə, eviniz, avtomobiliniz və ofisiniz üçün fərdi travma dəstləri almalısınız.
Həm təhlükəsizlik, həm də ilk yardım təlimi ilə bacarıqlarınızı qorumaq və təkmilləşdirmək üçün hər il təkmilləşdirmə kursunu və ən azı üç ildə bir dəfə tam kursu tamamlamaq vacibdir.
Hər birimizin məqsədlərimizə çatmaq üçün qəbul etməyə hazır olduğumuz fərqli risk səviyyəsi var. Risklərin idarə edilməsində buna "risk iştahamız" deyilir. İnsan və ətraf mühit hüquqlarını müdafiə və təşviq edənlər çox vaxt digərlərindən daha yüksək risk iştahasına malik olurlar. Lakin eyni təşkilatda - və ya ailədə - belə fərqli şəxsi risk iştahaları olur. Hər birimiz üçün elə bir məqam var ki, ondan kənarda risk – özümüzə və ya başqalarına qarşı – sadəcə olaraq qəbul edilməsi üçün çox böyük olur.
Öz risk iştahanızı nəzərə alarkən saxlanılmağınızın və ya daha pis ehtimalın dostlarınıza, ailənizə və iş yoldaşlarınıza təsirini nəzərə almaq vacibdir. Məqsədinizi davam etdirmək üçün son dərəcə yüksək şəxsi riski qəbul etməyiniz sizin üçün tamamilə əsaslı ola bilər, lakin adətən, yalnız sizin və ya dəstək şəbəkənizin hadisə baş verdiyi halda effektiv cavab vermək qabiliyyətinə malik olduğunuz təqdirdə bunu etmə öhdəliyi var.
Öz risk iştahanızın zamanla dəyişəcəyini başa düşmək vacibdir. Bu, uşağın doğulması, evlənmək və ya ailə üzvünün ölümü kimi mühüm həyat hadisəsindən sonra ola bilər. Yaxud da bu sizə və ya iş yoldaşınıza təsir edən hadisə və ya təhlükəli yaxınlaşmadan sonra ola bilər. Səbəbi nə olursa olsun, risk iştahanızdakı hər hansı dəyişikliyi tanımaq, anlamaq və başqalarına çatdırmaq vacibdir.