Protokol
İnsan Hüquqları Müdafiəçiləri üçün Vahid Təhlükəsizlik Protokolu
Last updated
Copyright © Open Briefing Ltd, 2020-22. Some rights reserved. Licensed under a Creative Commons BY-NC 4.0 licence.
İnsan Hüquqları Müdafiəçiləri üçün Vahid Təhlükəsizlik Protokolu
Last updated
İnsan Hüquqları Müdafiəçiləri üçün Vahid Təhlükəsizlik Protokolu (Müdafiəçinin Protokolu) fiziki təhlükəsizliyimizi, rəqəmsal təhlükəsizliyimizi, rifahımızı və möhkəmliyimizi inkişaf etdirməyə kömək edir. Protokola riayət etməklə fərdi və kollektiv təhlükəsizliyimizi gücləndirir və bizə və icmalarımıza qarşı hücum, təqib və senzura yükünü azalda bilərik.
Müdafiəçinin Protokolu Open Briefing tərəfindən yaradılıb və Demokratiya üzrə Milli Fondun, Ford Fondunun və Oak Fondunun dəstəyi sayəsində mümkün olmuşdur.
Müdafiəçinin Protokolu Open Briefing-in bütün dünyada risk altında olan müdafiəçiləri ilə iş təcrübəsinə əsaslanır; lakin universal təlimatda əks olunmayan mühüm yerli fərqlər olacaq və siz Protokolu öz vəziyyətinizə, işinizə və profilinizə uyğunlaşdırmalısınız.
Qarşılaşdığınız riskləri daha yaxşı başa düşməyə və idarə etməyə çalışın:
Müttəfiqlərinizin və düşmənlərinizin kim olduğu barədə düşünün. Müttəfiqlərinizin müdafiənizdə istifadə edə biləcəyi resursları və şəbəkələri anlayın. Düşmənlərinizin imkanlarını və niyyətlərini anlayın ki, onların yarada biləcəyi təhlükəni daha yaxşı qiymətləndirə biləsiniz.
İşinizin, kimliyinizin, taktikalarınızın və digər amillərin, o cümlədən xüsusiyyətlərinizin zəifliyinizi və ya təhlükələrə məruz qalmağınızı necə artırdığı və ya azaltdığı barədə düşünün.
Sizin üçün risk səviyyəsini başa düşmək üçün hücumun və ya digər hadisənin baş vermə ehtimalını və baş verdiyi təqdirdə təsirini qiymətləndirin.
Risklərinizin hər birinin ehtimalını və/və ya təsirini azaltmaq üçün konkret addımlar atın.
Ətrafınızda baş verənlərdən xəbərdar olun və ətrafınızdakı insanlar və obyektlərlə bağlı hər hansı dəyişikliyə qarşı diqqətli olun.
Etibarlı və bacarıqlı dostunuzdan, iş yoldaşınızdan və ya ailə üzvünüzdən təhlükəsizliklə bağlı əlaqə şəxsi olmasını istəyin. Riskin artdığı zamanlarda onlara hara getdiyinizi, nə etdiyinizi və nə vaxt qayıdacağını əvvəlcədən bildirin. Gün ərzində əvvəlcədən razılaşdırılmış müntəzəm vaxtlarda təhlükəsizliklə bağlı əlaqə şəxsinizlə əlaqə saxlayın. Əgər sizdən xəbər gəlməsə, nə edəcəkləri və kiminlə əlaqə saxlayacaqları barədə ortaq qərara gəlin.
Yüksək riskli vaxtlarda və ya yerlərdə dostlar, ailə üzvləri və ya iş yoldaşları ilə səyahət edin və ya beynəlxalq qoruyucu müşayiət tələb edin.
Ailənizi və iş yoldaşlarınızı baş verə biləcək ən pis ehtimalın öhdəsindən daha yaxşı gəlməyə hazırlayın:
Vəsiyyətnamə hazırlayın və ailənizin mühüm maliyyə və hüquqi sənədlərinizin harada saxlandığını bildiyinə əmin olun.
İş yoldaşlarınızla davamlılıq planı hazırlayın ki, onlar sizin yoxluğunuzda işləməyə davam edə bilsinlər.
Ailənizə və iş yoldaşlarınıza köçmək, sığınacaq və ya daldalanacaq yer axtarmaq, yaxud da hər hansı digər təzyiq tədbirlərindən qorunmaq üçün planlar hazırlamaqda kömək edin.
Mümkünsə, insan hüquqları müdafiəçiləri üçün nəzərdə tutulmuş hərtərəfli təhlükəsizlik təlimini tamamlayın. Həmçinin təkmil ilk yardım təlimini tamamlamaq və eviniz, avtomobiliniz və ofisiniz üçün fərdi travma dəstləri almaq barədə düşünün.
Sizə və ailənizə qarşı qəbul etməyə hazır olduğunuz risk səviyyəsini anlayın. Vəziyyət sizin üçün məqbul olandan daha da riskli olsa, kömək istəməkdən və ya işinizə fasilə verməkdən çəkinməyin.
Əlinizdə olan müxtəlif məlumat növlərini nəzərdən keçirin və həm onların işiniz üçün dəyərini, həm də hücumçunun onlara giriş imkanı əldə etməsi nəticəsində sizə və başqalarına dəyəcək zərərlərini daha yaxşı anlamağa çalışın. Çox böyük dəyər və ya potensial zərərləri ifadə edən bu informasiya aktivlərini qorumaq üçün əlavə tədbirlər görün.
Paylaşılmalıdırsa, həssas məlumatları iş yoldaşlarına üzbəüz, yaxud da ucdan-uca şifrələməyə icazə verən əlaqə vasitələrindən və yox olan mesajlardan istifadə edərək çatdırın.
Əmin olun ki, istifadə etdiyiniz hər hansı kompüter və ya mobil cihaz:
İcazəsiz şəxslər tərəfindən fiziki olaraq əldə edilə bilməz.
Kilidi açmaq üçün parol və ya şifrə tələb edir.
Əməliyyat sisteminin ən son mövcud versiyalarını və bütün quraşdırılmış tətbiqləri/proqram təminatlarını işlədir.
Ölkənizdə qanuni hesab olunursa, aktivləşdirilmiş tam disk şifrələməsinə malikdir.
Quraşdırılmış, yenilənmiş və düzgün qaydada konfiqurasiya edilmiş antivirus proqram təminatı və qoruyucu divara malikdir.
Köklənməyib və ya sındırılmayıb və onda heç bir pirat proqram təminatı quraşdırılmayıb.
Sadəcə yuxu və ya mürgüləmə rejiminə qoyulmaq yerinə, mümkün qədər tez-tez söndürülür.
İstifadə etdiyiniz hər hansı onlayn xidmətin:
Giriş üçün mürəkkəb, unikal parol tələb edir.
Əgər varsa, ikiamilli əsillik yoxlamasının (2FA/2SV) aktiv edildiyinə əmin olun.
İnternetə ictimai və ya etibarsız şəbəkə vasitəsilə daxil olursunuzsa, məxfiliyə yönəlmiş VPN-dən istifadə edin.
Həssas məlumatları artıq ona ehtiyac qalmayan kimi bütün formalarında və variasiyalarında təhlükəsiz şəkildə silin və bərpa oluna bilməyəcəyinə əmin olun.
Mümkünsə, müntəzəm gecə rejimi və xoş yuxu mühiti yaratmaq da daxil olmaqla yaxşı yuxu gigiyenasına riayət edin.
Müntəzəm yemək yeyin və sağlam qidalanmaya riayət edin.
Müntəzəm olaraq gəzin, məşq edin və ya idmanla məşğul olun.
Fiziki xəstəlikləri və ya zədələri müalicə edin və sağalmaq üçün özünüzə vaxt verin.
Hər gün öz üzərində düşünmə və düşüncələrə dalma təcrübələri ilə məşğul olun.
Stres və ya travma ilə mübarizə yolu kimi narkotik vasitələrdən və ya alkoqoldan istifadə etməyin.
Sizə dəstək ola biləcək dostlarınız, ailəniz, iş yoldaşlarınız və icma üzvləri ilə münasibətləri qoruyun.
Sağlamlığınızdakı və rifahınızdakı dəyişikliklərə hansı stresli halların səbəb ola biləcəyini anlayın və özünüzdə stresin əlamətlərini və simptomlarını tanımağı öyrənin.
İmtina: Qanunla icazə verilən maksimum dərəcədə Open Briefing bu vəsaitdən hər hansı istifadə və ya sui-istifadə nəticəsində yaranan hər hansı itki, zədə və ya narahatlığa görə məsuliyyət daşımır.
Copyright © Open Briefing Ltd, 2020-22. Some rights reserved. Licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International Licence.